Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Kadırov yenidən Çeçenistan rəhbəri olmaq istəyir

Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə respublikaya rəhbərlik etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, telegram kanalında yazıb. Mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kadırov heç kimin onun yerinə adam axtarmadığını vurğulayıb. O, respublikanın xeyri üçün bundan sonra da işləməyə hazır olduğunu deyib. Şayiələri “təxribatçılar”ın yaydığını və onların məqsədinin regionda sabitliyi pozmaq və Çeçenistan rəhbərliyini nüfuzdan salmaq olduğunu deyib.

Xatırladaq ki, iyulun 3-də Ramzan Kadırov məzuniyyətə getdiyini açıqlayıb. Onun səlahiyyətlərini baş nazir Müslüm Xuçiyev yerinə yetirir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …