Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Kamal Xərrazi: “İranın atom bombası yaratmaq üçün texniki imkanları var”

“İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”.

Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.

“Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, – Xərrazi bildirib.

Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …