Cümə , 22 Noyabr 2024
Drone Cameras

Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb

Aprelin 13-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev arasında ikitərəfli görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti “Yangi Özbəkistan” parkına gələrək Müstəqillik Abidəsinin önünə əklil qoyub.

Qonaqları səmimi salamlayan N.Yuldaşev bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulanıb.

Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə qardaş Özbəkistanın ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirərək Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

N.Yuldaşev ölkəmizi möhtəşəm qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıldı, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Həmçinin 2021-ci ilin 1 noyabr tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində qurumlar arasında imzalanmış Əməkdaşlığa dair razılaşma və 2022-2023-cü illər üzrə Əməkdaşlıq Proqramının müddəalarından irəli gələn tədbirlərin görülməsi müzakirə olunub.

Daha sonra nümayədə heyəti Özbəkistan Baş Prokurorluğunun Akademiyası və Tarix muzeyi ilə tanış olub.

Görüşdə ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …