Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Kamran Əliyev: Adnan Əhmədzadənin istintaqı üzrə əlavə məlumat vermək məqsədəmüvafiq deyil

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib.

Boyukmillet.com-un məlumatına görə, jurnalistlərlə söhbətində K.Əliyev bildirib ki, bu barədə istintaqı aparan orqan tərəfindən açıqlama verilib.

“Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat vermək istintaqın taktikası baxımından məqsədəmüvafiq deyil”.

Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …