Yəməndə vəziyyət gərginləşib.
Şiə husilər mövqeyini dəyişərək Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışan lider Əli Abdullah Salihin evini yerlə yeksan ediblər.
Paytaxt Sanada olan evdə “Yeni səhifə açmağa hazıram” deyən liderin özü və ailəsi yaşayırmış. İranın xəbər agentliyi olan “Tasnim” isə Salihin qaçmağa çalışdığı zaman öldürüldüyünü iddia edib.
Keçmiş prezident Əli Abdullah Salihin tərəfdarları ilə husilər arasında gərginlik beləliklə artıq pik nöqtəyə çatıb.
Cebhe.info xatırladır ki, Yəməndə 2014-cü ildən bu yana qanuni hakimiyyətə qarşı silahlı üsyan edən husilərlə Salih tərəfdarları arasında anlaşılmazlığa səbə ikincinin mövqeyindəki dəyişklikdir. Bölgədə iki böyük rəqib olan Səudiyyə Ərəbistanı və İran qarşı-qarşıyadır. Paytaxt Sana daxil olmaqla ölkənin bir çox yerini ələ keçirən husilər İranın dəstəyini alır. (Cebhe.info)