Şənbə , 18 Yanvar 2025
Drone Cameras

“Kipr türkləri tək deyil” – Ersin Tatar

Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bildirib ki, Kiprin arxasında türk dünyası var.

“Bir türk əsgərinə belə atəş açsanız, 10 minlik hərbi birləşmə ilə qarşılaşacaqsınız. Hər kəs sakit və məntiqli olmalıdır. Kipr türkləri tək deyil. Bizim arxamızda 85 milyonluq Türkiyə var. Gərginliyə səbəb olacaq kiçik bir qığılcım ola bilər, insanların qorxduğu budur. Qəzzada baş verənlərə baxın. Və ondan əvvəl, Ukraynada, Bosniyada baş verənlərə baxın”, – deyə o bildirib.

Martın sonunda Tatar İsrail vətəndaşlarının Şimali Kiprdə kütləvi şəkildə daşınmaz əmlak və torpaq sahələri alması ilə bağlı xəbərlərə münasibət bildirərək, İsrailin Türk Kiprin düşməni olmadığını və ölkəni heç bir şəkildə təhdid etmədiyini bildirib.

SAMİRƏ

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …