Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq”

“Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, avqustun əvvəlindən Rusiyaya qarşı müharibədə dönüş nöqtəsi olacaq hadisələr gözlənilir: “İlin sonuna qədər döyüşlər minimuma endiriləcək. Biz başqa ssenariləri nəzərdən keçirmirik. İlin sonuna kimi aktiv hərbi əməliyyatlar, demək olar, sıfıra enəcək. Biz yaxın gələcəkdə ərazilərimizə nəzarəti bərpa edəcəyik”.

K.Budanov bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək: “Müharibə Rusiya üçün fəlakətlə bitəcək”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski söyləmişdi ki, müharibə Rusiya üçün çöküş müharibəsi olacaq.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …