Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

KİV: ABŞ-ın İraqdakı səfirliyi PUA hücumuna məruz qalıb

Partlayıcıya malik bir neçə pilotsuz uçuş aparatı (PUA) ABŞ-ın İraqdakı səfirliyinə hücum edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb.

Diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulmuş HHM sistemləri dronlara atəş açıb.

Bəzi mənbələr dronların vurulduğunu, digər mənbələr isə vurulmadığı barədə məlumat verir.

“Sabirin News” xəbər portalı PUA-lardan birinin səfirliyin ərazisində yerləşən hərbi obyektə zərbə endirdiyini yazıb. Dəymiş zərər barədə heç bir məlumat verilmir. Daha əvvəl “Al Hadath” telekanalı bir sıra hökumət binalarının və ABŞ səfirliyi də daxil olmaqla xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Bağdadın mərkəzindəki “yaşıl zona”ya raket hücumu cəhdi barədə məlumat yaymışdı.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …