Bazar , 11 Yanvar 2026
Drone Cameras

KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək

ABŞ İsrailə Amerikanın silah və hərbi texnikasını almaq üçün 3,5 milyard dollar verəcək və bu vəsaiti əvvəllər razılaşdırılmış əlavə hərbi yardım paketindən ayıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.

2024-cü ilin aprelində ABŞ Konqresi İsrailə 20 milyard dollardan çox əlavə hərbi yardımın ayrılmasına səs verib.

“ABŞ İsrailə Amerika silahları və hərbi texnikasının alınması üçün 3,5 milyard dollar təmin etmək niyyətindədir və bu pulu Konqres tərəfindən ayrıldıqdan bir neçə ay sonra ayırır”, – məlumatda deyilir.

Mənbə telekanala bildirib ki, Dövlət Departamenti cümə axşamı axşam saatlarında qanunvericilərə bildirib ki, ABŞ Prezidenti Co Bayden Administrasiyası İsrailin İran və Livanın “Hizbullah” hərəkatı tərəfindən mümkün hücuma hazırlaşması ilə əlaqədar Təl-Əvivə “milyardlarla dollar” hərbi maliyyə ayırmaq niyyətindədir. Əlavə olunur ki, İsrail bu puldan ABŞ-nin xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində Amerikadan müasir silah sistemləri və digər avadanlıqlar almaq üçün istifadə edə bilər.

Mənbələrin məlumatına görə, İsrail dərhal ABŞ istehsalı olan 3,5 milyard dollarlıq silahı almayacaq.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …