Bazar , 11 Yanvar 2026
Drone Cameras

KİV: ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirə bilməz

ABŞ Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən yazıb.

ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi barədə göstəriş verdiyini bildirib. Sonra o, həmin ərazilərə göndərdiyi nüvə sualtı qayıqlarının indi Rusiyaya daha yaxın olduğunu açıqlayıb.

Nəşr yazır: “Əgər ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək istəyirsə… onlar Montrö Boğazları Konvensiyasına uyğun olaraq Türkiyədən icazə almalıdırlar”.

Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner qeyd edib ki, konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur.

“Türkiyənin belə bir icazə verəcəyini qətiyyən düşünmürəm” – ekspert bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Türkiyə Montrö Konvensiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edib və boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …