Cümə , 11 Aprel 2025
Drone Cameras

KİV: İran İsrailə qarşı genişmiqyaslı hücum qərarına yenidən baxa bilər

İran Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Belə ki, Amerika Birləşmiş Ştatlar hələ də Haniyənin öldürülməsinə İrandan hansısa cavab gözləyir, lakin Tehranın ilkin cavab planına yenidən baxdığından, tezliklə İsrailə hücum edəcəyinə inanmır.

ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib.

Amerika həmçinin İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə rədd etsə də, Amerika tərəfinin nöqteyi-nəzəri ilə getdikcə daha çox razılaşır.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …