Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

KİV: Səudiyyə Ərəbistanı sahillərində hücuma məruz qalan gəmi İsrailə məxsusdur

Səudiyyə Ərəbistanının Yanbu şəhəri yaxınlığında hücuma məruz qalan tanker Liberiya bayrağı altında üzür və İsrailə məxsusdur.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinə istinadən məlumat yayıb.

Avqustun 31-də axşam, Böyük Britaniya donanması Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO), Qırmızı dənizdəki Yanbu dan 40 dəniz mili cənub-qərbdə gəmi ilə bağlı hadisəsi haqqında siqnal alıb. Açıqlamada bildirilir ki, gəminin ekipajı yüksək səs eşidib və naməlum mərmidən sıçrayışlar görüb.

Koordinasiya mərkəzi əlavə edib ki, hücum adlandırılan hadisə nəticəsində heç kim xəsarət almayıb. “Ambrey” hücumun arxasında 2023-cü ilin payızından bəri Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında Yəmənin İsraillə əlaqəli gəmilərə zərbələr endirən husi üsyançı hərəkatı “Ənsar Allah” hərəkatının ola biləcəyi versiyasını irəli sürüb. Husilər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı davam edincə dayanmayacaqları barədə xəbərdarlıq ediblər.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …