Şənbə , 7 Mart 2026
Drone Cameras

KİV: Türkiyənin heyəti qaz qovşağını müzakirə etmək üçün Rusiyaya səfər edəcək

Türkiyənin nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

“Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, hazırda razılaşdırma işləri aparılır.

“İlkin olaraq bu, dekabrın birinci yarısına nəzərdə tutulub”, – mənbə qeyd edib.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …