Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqlayıb

Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …