Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.

Boyukmillet.com xəbər verir ki, səfirlik Azərbaycanla həmrəy olduğunu bildirib və İranın pilotsuz uçuş aparatlarının artıq qlobal səviyyədə bir terror alətinə çevrildiyini vurğulayıb.

Ukrayna diplomatik nümayəndəliyi beynəlxalq birliyi qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırıb. Bəyanatda xüsusi olaraq qeyd edilib ki, hal-hazırda Naxçıvanın mülki infrastrukturuna zərbə endirən eyni növ dronlardan İran rejimi uzun müddətdir Ukrayna şəhərlərini, dinc əhalini və kritik infrastrukturu hədəf almaq üçün istifadə edir.

“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına məhəl qoymayan rejimlərin yaratdığı təhlükəni hamıdan yaxşı bilir”, – deyə mətndə vurğulanıb.

Həmçinin Ukrayna Xarici İşlər naziri Andrey Sibiqanın İran rejiminin onilliklər ərzində regionda terroru dəstəkləməsi və qeyri-sabitlik yaratması barədə fikirlərinə də istinad edilib.

Xatırladaq ki, martın 5-i günorta saatlarında İrandan buraxılan dronlar Naxçıvan Beynəlxalq Hava Limanının terminalına və Şəkərabad kəndindəki məktəbin yaxınlığına düşüb, nəticədə mülki şəxslər yaralanıb.

Check Also

Sabir Rüstəmxanlı: Azərbaycana qarşı bu qədər qeyri-səmimilik İranın əslində mahiyyətini göstərir

Naxçıvana – mülki əhalinin yaşadığı yerlərə, məktəbə və təyyarə meydançasına zərbələrin endirilməsi İran hakimiyyətinin riayakarlığını …