Kolleclərdə təhsil alan oğlanlara hərbi xidmətə görə möhlət verilməsi təklifi mediada gündəmdədir. Ali təhsil alanlarla yanaşı kollec tələbələrinə da möhlət hüququ verilməsi nə dərəcədə məqbuldur?
Bununla bağlı Herbiand.az-ın sualını hərbi ekspert Emin Həsənli cavablandırıb:
“Son dövlər təklif edilir ki, orta ixtisas təsil müəssisələrində təhsil alan oğlanlara da hərbi xidmətə görə möhlət verilməlidir. Bu doğru təklif deyil. Azərbaycan Respublikasında 59 orta ixtisas təhsil müəssisəsi vardır. Hər il bu təhsil müəssisələrinə minimun 150 – 200 oğlan daxil olarsa, bu rəqəm 10 mini nəfəri ötür.
Hər il 10 mindən artıq oğlana bakalavr və magistr pilləsində təhsil aldığı üçün möhlət hüququ verilir. Bununla yanaşı hər iki valideyni I qrup əlil olan, valideyninin birini itirib, digəri 1-ci qrup əlil olan, hər ikisi əlil olan və həmin şəxsin himayəsində olan, eyni zaman 3 övladı olan şəxslərə , xəstəliyə və ali təsilin baklavır və mağistir piləsinə hərbi xidmətdən möhlət hüququ verilir. Əgər kollecdə təhsil alan oğlanlar da bura əlavə olusa haqllı sual onunur – onda kimlər hərbi xidmətə getsinlər?
Doğrudur hazırda Azərbaycan Ordusunun canlı qüvvə baxımından heç bir problemi yoxdur. Bütün hərbi hissəlırimiz tam şəkildə komplekləşdirilib. Kifayət qədər ehtiyatda olanlar hərbcilərimiz var. Və onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdır. Biz bunu müharibə ərəfəsində orduya könüllü gələnlərin timsalında bir daha gördük.
Mən bütün oğlanların hərbi xidmətə getməsinin tərəfdarıyam. Hərbi xidmətin insanın xarakterinin formalaşmasına, şəxsiyyət kimi tam hazırlıqlı olmasında, səbirli, hərtərəfli hazırlıqlı olmasına böyük rolu var. Əlavə olaraq biz elə coğrafi məkanda yaşayırıq ki, hər birimiz silahla davranışı, hərbi nizam itizamı bilib , orduda xidmət edib hər an vətənin müdafiəsinə hazır olmalıyıq. Bu bizim bölgə üçün çox vacibdir. Biz belə təklif edəndə təhlillər aparmalıyıq. Əhalinin sayı, çağırışçılar və tərxis olanların nisbəti, işğaldan azad olunan ərazilərə hərbi qüvvələrin yerləşdirilməsi, İran və Ermənistanla və diğər qonşularımızla olan sərhədlərimizin mühafizəsi nəzərə alınmalıdır. Düzdür bəzi sahələrdə peşəkar orduya keçirilir, peşəkar xüsusi təyinatlarımız var. Orduda zəruri işlərdə MAXE, gizirlər xidmət edir. Artıq hərbi hissələrdə təmizlik və mətbəx işlərini mülki şəxslər görür. Əsgərlərimiz ancaq təlim və xidmətlə məşğul olur. Bu təkliflər verilən zaman tutarlı şəkildə əsaslandırılmalıdır. Əgər biz kollecdə oxuyana möhlər versək, o, sonra bakalavrda təhsil alacaq bu zaman da biz ona möhlət verməli olacağıq. Bakalavrdan sonra magistratura pilləsində təhsilini davam etsə, möhlət vermə prosesi yenidən davam edəcək. Bu indiki zamanda nə dərəcədə doğru olar? Mən hesab edirəm ki, onlar hərbi xidmətə gedib qayıtdıqdan sonra təhsilinə davam etməlidirlər.
Azərbaycan Respublikasının təhsilə, elmə verdiyi önəmə görə, ali təhsilli şəxslər gələcəkdə dövlət qarşısda daha böyük xidmətlərinə görə, elmin və dövlətin inkişafı üçün əhəmiyyətli olacaqlarını nəzərə alaraq bakalavr və magistr pillələrində təsil alan şəxslərə möhlət hüququ verilir. Bu praktika qardaş Türkiyədə də belədir. Ali təhsil almış şəxslər, digər şəxslərdən 6 ay az xidmət edir. Biz bu hüququ orta ixtisas təhsili almış şəxslərə verə bilməriik. Gələcəkdə bütünlükdə peşəkar orduya keçdikdə bir çox məsələlər kimi bunlarda da öz həllini tapacaq. Ancaq indiki şəraitdə mən Azərbaycanda peşəkar orduyla yanaşı çağırış sistemin də qalmasının tərəfdarıyam”.
Emin Şirvanzadə