Cümə , 26 Aprel 2024
Drone Cameras

Kolumbiyada silahlı qruplaşmanın qadın rəhbərlərindən biri yaxalanıb

Kolumbiyanın Silahlı Qüvvələrinin hərbçiləri ölkənin şimalında sol radikal üsyançı “Milli Azadlıq Ordusu” silahlı qruplaşmasına qarşı əməliyyat keçiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, təhlükəsizlik qüvvələri üsyançı qruplaşma başçılarından birini yaxalamağa müvəffəq olub.

“Biz narkotik qrupunun strukturlarına zərbələr endirməkdə davam edirik. Bolivar Departamentinin Simiti bələdiyyəsində keçirilən əməliyyatın gedişatında “Leydi” təxəllüsü ilə məşhur olan Sandra Milena Lopes əsir tutulub. O, ” Santa-Rosun qəhrəmanları və fədailəri” cəbhəsinin lideri idi”, – prezident özünün tvitterdəki səhifəsində yazıb.

Duke vurğulayıb ki, Kolumbiya hərbçiləri “Milli Azadlıq Ordusu” ilə mübarizəni davam etdirəcəklər.

“Milli Azadlıq Ordusu”nun təxminən 1,5 min nəfər üzvü var. Bu, 2016-cı ilin noyabrında hökumətin “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” təşkilatı ilə sülh sazişi bağlamasından sonra ölkədə mövcud olan yeganə üsyançı qruplaşmadır.

Propinamos golpe a las estructuras del grupo narcoterrorista Eln. En operación de @COL_EJERCITO, con apoyo de @FiscaliaCol, en municipio de Simití, Bolívar, fue capturada Sandra Milena López, alias ‘Leidy’, cabecilla del frente criminal ‘Héroes y Mártires de Santa Rosa’ (1/3)— Iván Duque (@IvanDuque) March 29, 2021

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …