Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Kolumbiyalı jurnalist: “Gəncəyə raket hücumları ermənilərin qeyri-insaniliyindən xəbər verir”

“İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumları ermənilərin qeyri-insaniliyindən, onlarda başqa millətə qarşı nifrət hissinin nə qədər güclü olmasından xəbər verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Kolumbiyanın milli televiziyasının jurnalisti Lauryen Kalderin deyib.

“Mən heç vaxt raket hücumlarının bu qədər dağıntıya, bu qədər itkiyə səbəb olduğunu görməmişdim. Bunu təsəvvürümə belə gətirə bilməzdim”, – o bildirib.

Jurnalist ermənilərin gecə vaxtı şəhərə raket zərbəsi endirməsinin onlardakı böyük nifrətdən xəbər verdiyini bildirib və bundan çox məyus olduğunu söyləyib: “İlk dəfədir ki, belə bir şeylə rastlaşıram. Kolumbiyada bu barədə çox az adam bilir. Geri qayıdandan sonra tamaşaçılara gördüklərim haqqında çox şey danışacağam”.

Dünənki Ağdam səfəri ilə bağlı təəssüratlarını bölüşən jurnalist gördüklərindən şoka düşdüyünü söyləyib: “Nə qədər yol getsək də, dağıntılar bitmək bilmir. Bu, böyük təəssüf hissi doğurur”.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …