Cümə , 27 Mart 2026
Drone Cameras

Komandan: “Düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdik”

“Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …