Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Konfrans Liqası: “Keşlə”nin oyununa azarkeş buraxılmayacaq

Rusiyanın “Soçi” komandası ilə “Keşlə” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa azarkeş buraxılmayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Soçi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunub. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Qeyd edək ki, bu gün “Fişt” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …