Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Boyukmillet.com-un məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçiləri “Neftçi” və “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, 4 cütdən birinin qalibi ilə görüşəcək.
“Köhlən atlar” səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırmış Serbiya “Çukariçki”si də var:
MOİK (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
“Pakuş de Fereyra” (Portuqaliya) – “Larn” (Şimali İrlandiya)
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)
“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşlərdən sonra mübarizəni dayandırsa, aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:
“Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları)
“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
“Riqa” (Latviya) – “Hibernians” (Malta)
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da gerçəkləşəcək.