Cümə , 22 Noyabr 2024
Drone Cameras

Koronavirusun ikinci dalğası gəlir: Çin həyəcan təbili çaldı

Çinin əlaqədar qurumlarının koronavirusla mübarizi nəticə verir. Artıq tədricən adi fəallıq bərpa edilir.

Boyukmillet.com xəbər verir ki, bunu Honq-Konq Universitetinin epidemiologiya kafedrasının müdiri Ben Koulinq deyib.

O bildirib ki, hələlik sevinmək üçün çox tezdir, çünki nəticələrin əldə edilməsinə baxmayaraq, ölkədə koronavirusun ikinci dalğası yarana bilər.

Virusa yeni yoluxanların sayında azalma baş versə də, ölkədə anti-virus əleyhinə sərt tədbirlər hələ qüvvədədir. Kafedra müdirinin sözlərinə görə, əsas təhlükə hələ azalmayıb. Çünki hələ koronavirusun xarakteristikasının dəyişdiyi söyləmək mümkün deyil. Bu isə onun ciddiliyini qoruduğunu göstərir.

Son rəqəmlərə görə, dünyada 95 min nəfər koronavirusa yoluxub. Onlardan 3285 nəfəri vəfat edib. 53 min nəfər müalicə olunub. Virusa yoluxma ümumilikdə 76 ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun təhlükə həddini yüksəkdən çox yüksəyə qaldırıb.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …