Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kürdlər pulu haradan alır? – Ağ Ev mənbəyi açıqladı

ABŞ hərbçilərinin nəzarətində olan Suriyadakı neft yataqlarından əldə edilən gəlir Vaşinqtona yox, kürdlərə çatır. 

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin əməkdaşı Ret Hoffman deyib. Onun sözlərinə görə, bu neft yataqlarından gəlir əldə etmirlər.

Bundan başqa o da qeyd olunub ki, həmin neft yataqları üzərində nəzarət ABŞ-ın prioritet vəzifələrinə daxil deyil: “ABŞ İŞİD terror təşkilatı üzərində tam qələbəyə çalışır. Neft yataqlarının qorunması da bu missiyanın tərkib hissəsidir.

Xatırladaq ki, Rusiya ABŞ-ı həmin neft yataqlarından qaçaqmalçılıq yolu ilə gəlir əldə etməkdə ittiham edib.

ABŞ tərəfi isə daha əvvəl həmin vəsaitin yerli icmanın inkişafına xərcləndiyini vurğulamışdı.  

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …