Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

“Lənkəranski”nin qardaşı “Quli”nin başına 5 milyon qoyub -İstanbul polisindən şok iddia

Türkiyə polisi Rövşən “Lənkəranski”nin polkovnik qardaşının İstanbulda planladığı əməliyyatın detalları barədə məlumat yayıb.
 İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ötən həftə İstanbulun Bakırköydəki AVM-dəki restoranların birində həyata keçirilən əməliyyatın detalları bəlli olub.
Həyata keçirilən əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb. 
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən xəbərə görə, 2016-cı ilin 18 avqustunda Beşiktaş rayonu ərazisində azərbaycanlı mafiya başçısı Rövşən “Lənkəranski”nin öldürülməsindən sonra qardaşı Namiq Caniyevin intiqam almaq üçün İstanbula getdiyi bəlli olub. 
Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən “Lənkəranski”nin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir. Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib. (Gununsesi.info )
 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir