Cümə , 22 Noyabr 2024
Drone Cameras

Laçınla gələn bütöv Azərbaycan: “Azərbaycan hərb və siyasi meydanda qələbə qazandı” – Rufiz Qonaqov

Laçın rayonu Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin birgə imzaladığı 10 noyabr bəyanatında göstərilən vaxtda – 1 dekabr tarixində Azərbaycana qaytarıldı. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin etdi, işğal faktına son qoyuldu.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü həm döyüş meydanında, həm də siyasi sahədə bərpa etdi:

“Laçının işğaldan azad olunması ilə Azərbaycan dünya tərəfindən tanınan beynəlxalq sərhədlərini bərpa etdi. Ali Baş Komandanın şücaəti və Azərbaycan Ordusunun gücü sayəsində Azərbaycan xalqının arzusu reallaşdı, biz qalib gəldik. Beləliklə də, Azərbaycan torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni bir rallıq yaratdı.

Ərazilərimizin bir hissəsini sırf müharibə yolu ilə, Ağdam, Kəlbəcər və Laçını isə diplomatik yolla işğaldan azad etdik. Bu isə Azərbaycanın hərb meydanında qazandığı qələbəni diplomatik meydanda da qazanması deməkdir. Cənab Prezident xalqa müraciət edəndə dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi adlı termin tarixə qovuşdu. Bundan sonra işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işlərini özündə əks etdirən bir dövr başlayır”.

Rufiz Qonaqov qeyd edib ki, 44 günlük müharibədə Ermənistan ordusu tamamilə məhv edildiyini məhv edildi:

“Məğlubedilməz erməni ordusu” mifi darmadağın oldu. Bütün bunları Azərbaycan Ordusu döyüş meydanında etdi. Ali Baş Komandanın rəhbərliyi ilə hərb meydanında, siyasi savaşda Azərbaycan qalib tərəf oldu. Bunun nəticəsidir ki, indi Azərbaycanın bütün ərazilərində üçrəngli bayrağımız dalğalanacaq”.

BMAM sədri sonda Azərbaycana qarşı bir sıra ölkələr tərəfindən təzyiqlərin edilməsi məsələsinə toxunaraq əlavə edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla bütün dünya hesablaşmağa məcburdur:

“Azərbaycan öz maraqları çərçivəsində siyasət aparır və heç kim buna qarşı çıxa bilməz. İşğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin olunmasına Azərbaycan özü zəmanət verir”.

Vilayət Muxtar

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …