Bazar , 19 May 2024
Drone Cameras

Lavrov: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

“Rusiya zəruri məsləhət xidmətləri göstərməyə hazırdır. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına da kömək etməyə hazırıq”, – S.Lavrov deyib.

Rusiya XİN başçısı “3+3” regional formatına da sabiq olduqlarını vurğulayıb.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …