Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

S.Lavrov bildirib: “Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər davam etdirilməlidir”.

Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, çox həssas məsələlərə təsir edəcək bir sıra ciddi detalların razılaşdırılması vacibdir: “Amma biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu çərçivədə onlar arasında hələ də razılaşdırılmayan xırda, lakin çox ciddi detalları həll etməyə çalışırıq”.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir