Cümə , 31 Yanvar 2025
Drone Cameras

“Legiya”nın baş məşqçisi: “Mahir Emreli vacib qollar vurur”

“Flora” “Budyo Qlimt”dən fərqli olaraq beynəlxalq təcrübəyə malikdir. Mütəmadi olaraq avrokubokların seçmə mərhələlərində çıxış edirlər. Klubda hər kəs milli komandada oynayır. Bu, onların ən böyük üstünlüyüdür”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç evdə Estoniya “Flora”sına qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında da danışıb. O bildirib ki, 24 yaşlı hücumçu barədə çox şey deməyə ehtiyac yoxdur: “Mahir Emreli tez zamanda heyətdə özünə yer tapıb. Vacib qollar vurur və özünü yaxşı tərəfdən göstərə bilib. Bu, çox önəmlidir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Legiya” – “Flora” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Check Also

Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar

Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasının Mətbuat …