Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livanın informasiya naziri Pol Morkos bildirib.

“Nazirlər Kabinetinin qərarına əsasən, iranlılar bundan sonra Livana daxil olarkən yenidən viza almalıdırlar”, – o deyib.

P.Morkos qeyd edib ki, ölkənin Baş naziri Nəvaf Salam İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda hər hansı hərbi fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görməyi tələb edib.

Nazirin sözlərinə görə, bundan sonra hökumət ölkədə SEPAH-ın istənilən üzvünü saxlayacaq.

Check Also

ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın …