Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Liviyanın XİN başçısı israilli həmkarı ilə görüşə görə vəzifəsindən uzaqlaşdırılıb

Liviyanın Milli Birlik Hökumətinin baş naziri Abdel Hamid Dbeyba xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Koenlə görüşünə görə tutduğu vəzifədən uzaqlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Onun barəsində araşdırmanın aparıldığı qeyd edilir.

Agentlik xəbər verir ki, iki ölkənin xarici işlər nazirlərinin son görüşü ilə bağlı bəyanatlar fonunda Liviyada kiçik etiraz aksiyaları keçirilib.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Koen ötən həftə Romada İtaliyanın xarici işlər naziri Antonio Tayaninin köməyi ilə Manquşla gizli görüş keçirib. Qəzet qeyd edir ki, bu, İsrail və Liviya xarici işlər nazirləri arasında ilk danışıqlardır.

Koen və Manquş Liviya ilə İsrail arasında mövcud olan tarixi əlaqələri, həmçinin ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıqlar zamanı yəhudi dövlətinin Ərəb Respublikasına humanitar yardım göstərməsi də müzakirə olunub.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …