Şənbə , 10 Yanvar 2026
Drone Cameras

London Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir.

Hökumətdən bildirilib ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 11 mövqe genişləndirib.

“Böyük Britaniya ukraynalı uşaqların məcburi deportasiyası, indoktrinasiyası, militarizasiyası və mədəni irsini silmək cəhdlərinə cəlb olunan şəxslərə qarşı sanksiyalar tətbiq edir”, – bəyanatda qeyd olunub.

11 sanksiyadan ibarət paketə səkkiz fiziki şəxs və üç hüquqi şəxs daxildir.

“Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Ukraynanın qanunsuz və müvəqqəti işğal olunmuş ərazilərində Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışaraq ruslaşdırma siyasəti həyata keçirir.

Bundan başqa, Axmat Kadırov Fondu və onun prezidenti, Ramzan Kadırovun anası Aymani Kadırovaya, Rusiya Maarif Nazirliyinin Dövlət Siyasəti Departamentinin direktor müavini Anastasiya Akkuratovaya da qarşı sanskiyalar tətbiq edilib.

“Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Ukraynanın qanunsuz və müvəqqəti işğal olunmuş ərazilərində Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışaraq ruslaşdırma siyasəti həyata keçirir. BMT-nin hesabatlarına əsasən, Rusiya Federasiyası müvəqqəti işğal olunmuş ərazilərdəki məktəblərdə özünün tədris proqramını tətbiq edib və uşaqları Rusiya hərbi xidmətinə hazırlayan təlim həyata keçirib”, – bəyanatda deyilir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …