Cümə , 22 Noyabr 2024
Drone Cameras

Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələdi

Qərb dövlətləri hələ də İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, buna baxmayaraq yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar”.

Boyukmillet.com xəbər verir ki, bunu BBC-yə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Siz başa düşməlisiniz ki, Belarusda müharibə başlasa, NATO və Rusiya müdaxilə edəcək və bu, nüvə müharibəsi olacaq”, – Lukaşenko vurğulayıb

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Belarusla sərhəddəki miqrasiya böhranı ilə bağlı Polşa ilə həmrəy olduğunu bildirib və Lukaşenkonu miqrantlardan başqa ölkələrə qarşı hibrid müharibə aparmaq üçün istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədindəki miqrasiya böhranı 2021-ci ilin yayında Aleksandr Lukaşenkonun qanunsuz miqrant axınına nəzarəti zəiflədəcəyini bəyan etməsindən sonra başlayıb.   /konkret.az/

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …