Çərşənbə , 1 May 2024
Drone Cameras

Məhərrəm ayında İranda atəş-fəşanlıq, eyş-işrət…

Kərbəlada İmam Hüseyn faciəsindən 1339 il keçir. Məhərrəm ayının 16-di, bəlkə də 17-ı. Bunu haradan bilirəm? Çox sadə, Aşura günündən bəri sayıram: 10 üstəgəl 5, 6 və s.

Məhərrəm ayı… İranda hər il ölkənin yasa büründüyü aydır.
Bizdə də yas tutanlar, hələ də bu adət-ənənələri qoruyub saxlayanlar var. Məsələn toy olmur, elçilik, xınayaxdı zad saxlanılır. Bəli, bizdə “çəkil qırağa mən özümü daha çox yasa bürüyəcəm” deyirlər. Əvəzində İran müştehidləri, çalmalı siyasətçiləri, diplomatlı mollarları bizlərə gülürlər. Ay səfehlər, bizdə atəş-fəşanlıqdır e, fişaəng zad atırıq, bayramdı, nə yas saxlamaq?

İnanmırsınız? 14 sentyabrda 51-ci panarmenian oyunlarının (erməni Olimpiadası) açılışı olub. Zurna-qaval, atəş-fəşanlıq, çal oynasın-vur çatlasın. Cərə-cəhənnəmə! İran bilər, İrana görə burada başını daşa çırpan radikallara inanmış avam toplum bilər. Amma məsələ bu qədər də sadə deyil. Elə-belə deyib keçməklə olmur.

Yəni. 10 gün davam edəcək yarışlarda Dağlıq Qarabağ erməniləri “müstəqil” komanda kimi iştirak edirlər. Və bütün bunlar səninlə din “qardaşı” olanların ali dini rəhbərlərinin xeyir-duası ilə keçirilir. İran dini və siyasi rəsmilərindən bir neçəsi açılışda iştirak edir, bu tədbirlər İranın rəsmi informasiya kanalı İRNA tərəfindən yayınlanır.

Məhərrəm ayında İranda atəş-fəşanlıq, eyş-işrət...
Məhərrəm ayında İranda atəş-fəşanlıq, eyş-işrət...
Məhərrəm ayında İranda atəş-fəşanlıq, eyş-işrət...

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …