“Məhkumlara işgəncə verilməsi barədə iddialar tamamilə yalandır”
Boyukmillet.com xeber verirki bunu Azvision.az-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Rauf Zeyni bildirib. Onun sözlərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsi barədə sosial şəbəkələrdə yayılan məlumat əsasında bəzi həbsxanalara baxış keçirilib.”Komitə üzvləri belə iddia gündəmə gələn kimi bir necə cəzaçəkmə müəssisəsini ziyarət ediblər. Orada məhkumlarla görüşlər keçirilib. Nəticədə məlum olub ki, bütün iddialar əsassızdır. İnsan hüquqları müdafiəçiləri olaraq bizim borcumuzdur ki, belə iddiaları yerində araşdıraq”.
R.Zeyni onu da əlavə edib ki, cəzaçəkmə müəssisələrində texniki problemlər ola bilər, amma işgəncələrdən söhbət belə gedə bilməz: “Bunu əminliklə deyə bilərəm. Çünki, məhkumlarla birbaşa cəzaçəkmə müəssisələrinin rəislərinin iştirakı olmadan maraqlanırıq. Əgər hansısa şikayət varsa, bizim xəbərimiz olur. Bütün şikayətlərdən və ya narazılıqlardan cəzaçəkmə müəssisəsinin xəbəri olmur. Kimin müraciəti olursa, komitə üzvləri görüşlər keçirir və onlarla maraqlanır”.
Qeyd edək ki, sosial şəbəkələrdə həbsxanalarda məhkumların işgəncələrə məruz qalması barədə iddialar yayılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov açıqlama yayaraq, bu iddiaları təkzib edib.