Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda yol polisinin rüşvət alma videosu yayıldı – ARAŞDIRMA BAŞLADI

Bu gün sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşının sürücüdən rüşvət almasını əks etdirən görüntülər yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsi DYP əməkdaşının sürücüdən rüşvət alması iddiası ilə yayılan görüntülər əsasında araşdırmalara başlayıb.

İdarənin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …