Şənbə , 14 Mart 2026
Drone Cameras

Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar

Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar.

Boyukmillet.com xəbər verir ki, onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var.

Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin Yerablur hərbi xiyabanına səfərinin qarşısını almaqdır.

“Bütün ermənilər, xüsusən də biz valideynlər burada olmalıyıq. Səhərə qədər burada qalacağıq”, – hərbçilərdən birinin atası Qarik Qaleyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətindən bir nəfər də olsa belə, əsgərlərin məzarlarını ziyarət etməsinə icazə verilməməlidir.

Check Also

ABŞ və İsrailin zərbələrindən sonra Tehranda SEPAH-ın qərargah binası dağıntılara məruz qalıb

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı …