Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Mən Azərbaycanda doğulmuşam, Ermənistanda yox, pasportumu dəyişin” — Rauf Zeynidən ÇAĞIRIŞ

“Ölkəmizdə bəzi vətəndaşlarımız Qərbi Azərbaycanda doğulub, lakin onların şəxsiyyət vəsiqələrinə “Ermənistan SSR” və ya Ermənistan Respublikası yazılır. Hesab edirəm ki, bu sahədə dəyişiliklərə ehtiyac var”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib. O, bildirib ki, Azərbaycan müstəqil dövlətdir və konstitusiyamız bu dəyişilikliyi etməyə əsas verir:

“Təbii ki, SSRİ vaxtında buna imkan verilməzdi, amma müstəqillik dövründə bu məsələni həyata keçirə bilərik. Bu məsələ, çox ciddi məsələdir. Ermənilər orada yer adlarımızı dəyişdiriblər, biz də burada bununla razılaşırıq və şəxsiyyət vəsiqəmizə Ermənistan Respublikası yazırıq. Ulu Öndər tərəfindən qəbul olunmuş konstitusiyamız bizə əsas verir ki, mənim doğulduğum və ya bir başqasının doğulduğu yer olduğu kimi yazılmalıdır.  Tutaq ki, doğulduğumuz yer Zəngəzur mahalladırsa, oranın adı qeyd olunmalıdır. Nə üçün Ermənistan Respublikası kimi qeyd olunur? Ora əvvəllər Ermənistan SSRİ sayılıb. Mənim öz şəxsiyyət vəsiqəmdə olduğu kimi yazdırmaq hüququm var. Beynəlxalq hüquqa görə, biz özümüzü Xalq Cümhuriyyətinin varisi elan ediriksə, Xalq Cümhurriyətinin 114 min kvadrat kilometr ərazisi bizə miras qalıb, bizim buna tam haqqımız var. Bundan irəli gələrək, azərbaycanlılar öz hüquqlarını bərpa etməlidirlər. Konstitusiya aktının birinci maddəsində Azərbaycan  öz müstəqilliyini bərpa edib. Digər maddədə SSRİ imzalandığı andan hüquqi əsasını itirir. Nə deməkdir, bu? Yəni, 1922-ci ilin 30 dekabrından – 1991-ci ilin 31 avqust və Konstitusiya aktı qəbul olunana qədər SSRİ adından qəbul olunmuş qərarlar hüquqi əsasını itirir. Hüquqi əsasını itirirsə, onda bizim hüququmuz yaranır. Ermənistan SSRİ yazılırsa, hüquqi əsasını itirir, yəni gerçək və müstəqil adını yazmalıyıq”.

Nəzrin
Demokrat.az

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …