Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

“Mən bir yəhudi olaraq sizin qarşınızda dayanıram”

ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşdən sonra mətbuat konfransı keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” nəşri yazıb.

Blinken bildirib ki, HƏMAS-ın yeganə məqsədi yəhudiləri öldürməkdir.

“Mən də bir yəhudi olaraq bu minbərdə sizin qarşınızda dayanıram. Babam Osventsim, Daçau və Maydanekdən sağ çıxdı, ona görə də HƏMAS-ın etdiklərinin dəhşətini başa düşürəm və hiss edirəm. Bu, 36 ölkədən olan insanların ölümünə səbəb olan cinayətdir. Hər kəs HƏMAS-ı qınamalıdır”, – dövlət katibi vurğulayıb.

O deyib ki, ABŞ şərə qarşı İsrailin yanında olacaq və şərə qarşı mübarizə aparacaq.

“HƏMAS sülh içində yaşamaq istəyən Fələstin xalqının maraqlarını təmsil etmir. HƏMAS öz xalqına sərmayə qoymaq əvəzinə tunellərə və raketlərə sərmayə qoydu”-, Blinken bildirib.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …