Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Mərkəz direktoru: “ABŞ-da pandemiyanın dördüncü dalğası başlayır, fəlakət yaxınlaşır”

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) direktoru Roşel Valenski Ağ evdə keçirilən iclasda ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başlanmasına dair xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, toplantıda ölkədəki epidemioloji vəziyyəti izah edən R.Valenski məruzədən kənara çıxaraq emosional danışmağa başlayıb.

“Hazırda sadəcə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru olaraq deyil, həyat yoldaşı, ana və övlad olaraq danışıram. Xahiş edirəm, bir az daha dözün. Fəlakətin yaxınlaşdığını bildirmək istəyirəm. Ümidli olmaq üçün xeyli potensial və inkişafımız var, ancaq hazırda sadəcə qorxuduğumu deyə bilərəm”, – o vurğulayıb.

R.Valenski ABŞ vətəndaşlarının COVID-19-a qarşı aparılan aşılamadan da danışıb: “Araşdırmalar göstərir ki, milli vaksinasiya kampaniyamız, həqiqətən də, effektivdir. Qarşımızdakı həftələrdə milyonlarla amerikalı peyvənd olunacaq”.

Xatırladaq ki, ABŞ-da indiyədək 31 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 563 min nəfər ölüb, 23 milyon çox pasiyent isə sağalıb. Yoluxma və ölüm hallarının sayına görə ABŞ dünyada birincidir

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …