Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Məşhəd axundundan Əli Xamenei ilə bağlı açıqlama

İran İslam Respublikasının keçmiş ali dini lideri Əli Xamenei hələ dəfn edilməyib.

Boyukmillet.com Günaz.tv-yə istinadən xəbər verir ki, bunu Məşhədin cümə imamı Əhməd Ələm əl-Huda deyib.

“Şəhid liderin dəfn mərasiminin dəqiq tarixi hələ müəyyən edilməsə də, mərasim üçün müqəddəs Məşhəd şəhərinə səfər edəcək zəvvarların qarşılanması və yerləşdirilməsi üçün lazımi şəraitin təmin ediləcəyi gözlənilir”,- o bildirib.

Xatırladaq ki, İranın keçmiş dini rəhbəri Əli Xamenei fevralın 28-də Amerika və İsrail hərbi hava qüvvələrinin bombardımanı nəticəsində həyatını itirib.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …