Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Məşhur fotoqraf Reza Diqqəti Kəlbəcərdə çəkiliş aparıb

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Diqqəti artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub.

O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.

R.Diqqəti daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …