Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum edilə bilər

Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “MDR Aktuell”a ​​müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir.

Katarina Barli xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstana görə bir neçə həftə gec qəbul edilib. Avropa Parlamentinin sədr müavini bildirib ki, qanunun aliliyini pozduğuna görə ölkənin səsvermə hüququ dayandırıla bilər.

“Xüsusən də Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz”.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …