Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Madaqaskarda qasırğa qurbanlarının sayı 130-u ötüb

Madaqaskarda “Batsirai” qasırğası nəticəsində ölənlərin sayı 130-u keçib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, təbii fəlakət qurbanlarının ümumi sayı 112 min nəfərə çatıb, onlardan 61 min nəfəri məcburi köçkündür.

Siklon 50-dən çox xəstəxananı, 1200-ə yaxın sinif otağını dağıdıb.

Madaqaskarın Meteorologiya Baş İdarəsi yeni “Cliff” siklonunun yaxınlaşması barədə xəbərdarlıq edib.

“Midi Madaqasikara” qəzetinin daha əvvəl xəbər verdiyi kimi, siklon leysan yağışlarla müşayiət olunacaq və növbəti daşqın təhlükəsi artır.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …