Bazar , 19 Yanvar 2025
Drone Cameras

Mahir Emreli qol vurub penalti qaçırdı, “Legiya” uduzdu

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

Boyukmillet.сom-un məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion “Legiya” ilə kubokun qalibi “Rakuv” komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın ehtiyat oyunçular skamyasında yer alıb. O, 58-ci dəqiqədə meydana daxil olub.

10-cu dəqiqədə “Rakuv” Fran Tudorun qolu ilə önə keçib. “Legiya”nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı “Rakuv” daha dəqiq olub – 4:3. “Legiya”nın penaltilərindən birini Emreli qaçırıb.

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.

Check Also

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandanın azarkeşlərinə qadağa qoyulub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi “Ankaragücü” komandasının azarkeşlərinin Türkiyənin I Liqasında …