Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Makron hökumətin istefasından sonra xalqa müraciət edib

O, yaxın günlərdə yeni Baş nazirin təyin olunacağını deyib

Dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edib.

O bildirib ki, parlamentin Mişel Barnier hökumətinə etimadsızlığından sonra yaxın günlərdə yeni Baş nazir təyin ediləcək.

“Le Figaro” qəzetinin yazdığına görə, Makron Fransa hökumətinin başçısı kimi fəaliyyətinə görə Barnierə təşəkkür edib, amma onu ifrat sağ və ifrat solçuları “respublika əleyhinə cəbhədə” birləşməkdə ittiham edib:

“Prezidentin fikrincə, Fransa parlamentində geniş əksəriyyətin dəstəyini almaq üçün ən yaxşı şansı var idi”.

“Ümid edirəm ki, parlamentdə növbəti büdcənin qəbulu üçün çoxluq yaradıla bilər”, – deyə Makron əlavə edib.

Mişel Barnier. Foto: Reuters

Dekabrın 4-də axşam Milli Assambleya Baş nazir Mişel Barnierin hökumətinə etimadsızlıq göstərib.

Fransa mediası yazır ki, bu, 1962-ci ildən bəri ilk belə hökumət istefası olub:

“Barnier hökuməti 90 gün davam etdi və Fransada Beşinci Respublika tarixində (1958-ci ildən bəri) bu, ən qısa müddət sayılır”.

Media Emmanuel Makronun Baş nazir postuna bir neçə potensial namizədinin olduğunu, o cümlədən hazırkı müdafiə naziri Sebastien Lecornu, MoDem lideri Fransua Bayrou və solçu siyasətçi və keçmiş Baş nazir Bernard Cazeneuvenin adını yazıb.

Check Also

ABŞ Rusiyaya yeni sanksiyaları planlayır: “Baydenin Putinə vida zərbəsi”

Sanksiyalar Rusiya neftinin ixracatçılarına şamil edilə bilərABŞ Prezidenti Co Bayden prezidentliyinin son həftələrində Rusiyanın enerji …