Bazar , 19 Yanvar 2025
Drone Cameras

Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib

Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi həftə ərzində 8,5 faiz artaraq 33,5%-ə çatıb.

“Boyukmillet.com” xəbər verir ki, bunu “Elabe” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusu sübut edir.

Makronun birinci turda ən yaxın rəqibi və ikinci tura namizəd, radikal sol yönlü Milli Birlik Partiyasından Marin Le Pendir – sorğu iştirakçılarının 15%-i ona səs verməyə hazırdır. Amma əgər Le Pen bir həftə ərzində reytinqinin iki faiz bəndini itiribsə, o zaman “Tabe olmayan Fransa” solçu hərəkatının nümayəndəsi Jan-Lyuk Melenşon, əksinə, 0,5 faiz toplayıb və 13 faizlə üçüncü yeri tutur.

Sorğu Konstitusiya Şurası tərəfindən birinci turda iştirak edəcək 12 namizədin yekun siyahısının elanından dərhal sonra internet vasitəsilə martın 7-dən 8-dək aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1 580 sakin iştirak edib. Fransada prezident seçkiləri iki turda – aprelin 10-da və 24-də keçiriləcək.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …