Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Mançester Yunayted” klubu Mourinyo ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

Boyukmillet.com-ın məlumatına görə, portuqaliyalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.

J.Mourinyonun rəhbərliyi ilə “Mançester Yunayted” cari mövsümdə Premyer Liqada 17 turdan sonra 6-cı pillədə qərarlaşıb. Son turda isə səfərdə “Liverpul”a 1:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Joze Mourinyonun rəhbərliyi altında “Mançester Yunayted” 2017 ildə UEFA Avropa Ligasının qalibi olub.

“Qırmızı şeytanlar”ın yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir