Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Reynaldo yenidən “Qarabağ”da

Bu gün “Qarabağ” futbol klubu 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.

Boyukmillet.com-ın klubun saytına istinadən məlumat verir ki, 2013-2016-cı illərdə komandamızda 87 oyunda 43 qolla yadda qalan sabiq forvardımız Reynaldo Silva yenidən “Qarabağ”a qayıdıb.

Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Reynaldo komandaya qayıdışı ilə bağlı fikirlərini bölüşüb: “Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ”ın heyəti mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir