Məşhur kamança ustası Mark Eliyahu növbəti dəfə Bakıya gəlir.
Boyukmillet.com xəbər verir ki, sənətçinin maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq.
19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir.
Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.