Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Marko Rubio: Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq

Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır:

“Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq”.

Check Also

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb – YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri …